
“Araz-Naxçıvan” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Sportliqa.az xəbər verir ki, müraciətdə bildirilir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komanda geriyə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacaq. Bu səbəbdən, “Araz-Naxçıvan” “Zirə” ilə Misli Premyer Liqasının 2025/26-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə keçirilməsini xahiş edib.
“Araz-Naxçıvan”ın müraciətini, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası “Zirə” – “Araz Naxçıvan” qarşılaşmasının 19 avqust saat 20:00-da “Zirə”nin stadionunda start götürməsinə qərar verib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması