İtaliyalı qapıçı Canluici Donnarumma Fransanın PSJ klubundan ayrılıb.
Sportliqa.az xəbər verir ki, o, bu barədə instaqramdakı səhifəsində məlumat yayıb.
Bildirək ki, Donnarummanın 26 yaşı var, 2021-ci ildən PSJ-də oynayıb. Komanda ilə birlikdə 4 dəfə Fransa çempionu, 2 dəfə ölkə kubokunun, ötən mövsüm Çempionlar Liqasının qalibi olub. İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu titulunu qazanıb. 2024/2025 mövsümündə Donnarumma PSJ-də 47 oyun keçirib.