"Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.