Ötən mövsüm “Səbail”də çıxış edən Gitay Sofirin yeni iş yeri məlum olub.
Sportliqa.az xəbər verir ki, israilli yarımmüdafiəçi ölkəsində çıxış edəcək.
25 yaşlı futbolçu 1-ci liqada mübarizə aparan “Hapoel Hadera” ilə anlaşıb. Klub futbolçu ilə 1 illik müqaqvilə imzalandığını açıqlayıb.
Sofir Azərbaycana gələnə qədər “Hapoel Akre”, “Zur Şalom” klublarında da çıxış edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.