"Neftçi" "Şamaxı" ilə matça itkiylə çıxır
“Neftçi” klubu Premyer Liqanın 1-ci turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını yekunlaşdırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Bu gün “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.