“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk turu davam edir.
Sportliqa.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında “İmişli” Şamaxıda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.
Digər qarşılaşmada isə “Neftçi” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkəcək. Bu qarşılaşmaya isə 20:00-da start veriləcək.
Azərbaycan Premyer Liqası
1-ci dövrə, 1-ci tur
16 avqust (şənbə)
17:00. “İmişli” - “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” - “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
“Neftçi Arena”