Kurban Berdıyev: “Çempionluq hədəfinə çatmaq üçün çalışacağıq”
“Turan Tovuz” klubunun baş məqşçisi Kurban Berdıyev Premyer Liqanın 1-ci turu çərçivəsində səfərdə “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan bunları söyləyib:
“İlk oyun təxmin etdiyimiz kimi ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlər olsun ki, qələbə qazandıq. Belə matçlar həmişə çətin olur. Bəzi gec qoşulan oyunçularımız oldu. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək.
Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi.
Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz buna çatmaq üçün çalışacağıq”.