Futbol üzrə Niderland çempionatında 2-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökcunun çıxış etdiyi “Volendam” səfərdə “Alkmaar”la qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Kökcu start heyətdə meydana çıxıb və hesab 1:2 olarkən – 61-ci dəqiqədə əvəzlənib.
“Volendam” hazırda 2 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.