
Azərbaycanlı futbolçu Elməddin Məmmədov yenidən legioner həyatı yaşayacaq.
Sportliqa.az xəbər verir ki, ötən mövsüm "Mingəçevir"də oynayan qapıçı Albaniyada çıxış edəcək. 29 yaşlı qolkiper "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, E.Məmmədov bunadək “Alqa”(Qırğızıstan), “Tsxinvali”(Gürcüstan), “TC Sports Club”(Maldiv adaları), “Muras Yunayted”(Qırğızıstan), “St. Andryus”(Malta), “Yedinstvo Bihac”(Bosniya və Herseqovina) klublarında oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması