
Türkiyə milli komandasının baş məşqçisi postundan ayrılan Ştefan Kuntsun yeni iş yeri müəyyənləşmək üzrədir.
Sportliqa.az xəbər verir ki, alman mütəxəssis ölkəsində çalışacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.
61 yaşlı çalışdırıcının Almaniyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi təyin olunacağı gözlənilir. Yerli federasiya artıq Kunsta danışıqlara başlayıb.
Qeyd edək ki, Ştefan Kunts Türkiyə yığmasından əvəəl Almaniyanın U-21 seçməsinin baş məşqçisi olub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması