Yusif İmanov Kosovo klubunda
27 Avqust 2025 19:43
Azərbaycan yığmasının qapıçısı Yusif İmanov karyerasını Kosovo çempionatında davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "Malişeva" klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qapıçımızla imzalanan müqaviləni detalları açıqlanmasa da, onun uzunmüddətli layihənin hissəsi olduğu bildirilib.
Qeyd edək ki, Yusif İmanovun son klubu "Sabah" olub.