Yunanıstanın ”Olympiakos” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, Pire təmsilçisi "İnter"in formasını geyinən iranlı forvard Mehdi Taremini transfer etdiyini rəsmən elan edib.
33 yaşlı futbolçu üçün yunan klubu 2 milyon avro bonservis ödəyib. Taremi ötən mövsüm "İnter"də 43 oyuna çıxaraq 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.