Azərbaycan millisinin üzvü 90+8-ci dəqiqədə qələbə qolunu vurdu
Futbol üzrə Cənubi Koreya çempionatında 28-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" öz meydanında "Ximçxon Sanmu" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı futbolçu matça start heyətində başlayıb və sona qədər meydanda olub. O, görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən vacib qolu vurub.
Qeyd edək ki, "Daejeon" 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.