"Qarabağ"ın üzvü Çexiya və Xorvatiyaya qarşı oynayacaq
03 Sentyabr 2025 10:12
"Qarabağ"ı klubunun futbolçusu Marko Yankoviç Monteneqro yığmasına dəvət alıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsində Çexiya və Xorvatiya ilə qarşılaşacaq.
Qeyd edək ki, Monteneqro millisinin Çexiyaya qarşı oyunu 5 sentyabr, Xorvatiyayla matç isə 8 sentyabrda keçiriləcək.