İlkay Gündoğan "Qalatasaray"da –
transferin pərdəarxası detallar
"Qalatasaray"ın heyətinə qatdığı İlkay Gündoğanın transfer prosesi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Sportliqa.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi, "Mançester Siti" ilə müqaviləsini pozarkən klubdan olan alacaqlarını tələb etməyib. Avropadan gələn yüksək məbləğli təkliflərə baxmayaraq, o, "Qalatasaray"ı seçib.
Məlumata görə, klub prezidenti Dursun Özbek iyun ayında Türkiyəyə gələn Gündoğana "Səni arayacağam" sözlərini deyib və transferlə bağlı gözləməsini xahiş edib. Bu müddətdə rəhbərlik Viktor Osimhen və Leroy Sanenin transferi ilə də məşğul olub.
Nəhayət, transferin son günlərində "Qalatasaray" rəsmi təklifini təqdim edib. 35 yaşlı futbolçu isə "Mançester Siti"dəki alacaqlarını geridə qoyaraq, İstanbul klubunun illik 4,5 milyon avro məvacibli müqaviləsini qəbul edib və sarı-qırmızılı formaya imza atıb.