"Fənərbaxça" Rodrigo Zalazarı transfer etmək istəyir
"Fənərbaxça" yay transfer pəncərəsində ardıcıl olaraq Kerem Aktürkoğlu, Marco Asensio və Edersonu heyətinə qatdıqdan sonra yeni hədəfini müəyyənləşdirib.
Sportliqa.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Braqa"nın uruqvaylı yarımmüdafiəçisi Rodrigo Zalazarla maraqlanır.
2023/24 mövsümündə 6 milyon avroya "Şalke 04"dən "Braqa"ya keçən 26 yaşlı futbolçu ötən mövsüm Portuqaliya çempionatında 19 oyunda 4 qol, 5 assistlə yadda qalıb. O, Avropa Liqasının seçmə mərhələsində də 6 görüşdə 3 qol vuraraq "Braqa"nın qrup mərhələsinə yüksəlməsində mühüm pay sahibi olub.
"Fənərbaxça"nin yaxın günlərdə rəsmi təklif göndərməsi, transferin isə "Braqa"nın mövqeyindən asılı olaraq nəticələnəcəyi gözlənilir