“Fənərbaxça”da Asensio sürətli başladı
“Fənərbaxça”nın yeni transferi Marko Asensio İstanbul karyerasına istəkli şəkildə start verib.
Sportliqa.az xəbər verir ki, komandanın istirahət günlərində belə fərdi məşqlərini davam etdirən ispan futbolçu, fiziki cəhətdən ən yüksək səviyyəyə çatmaq üçün intensiv çalışır. Ötən mövsüm “Paris Sen-Jermen”də (PSJ) meydanda az şans qazanan 28 yaşlı oyunçunun müəyyən fiziki çatışmazlıqları olsa da, milli fasilədən sonra tam hazır vəziyyətdə komandaya qoşulmaq niyyətindədir.
Baş məşqçi İsmayıl Kartalın Asensionun uyğunlaşma prosesini sürətləndirmək üçün futbolçu ilə fərdi söhbətlər apardığı və ona xüsusi proqram tətbiq etdiyi bildirilir.
Yüksək motivasiyası və peşəkar yanaşması ilə seçilən Asensionun qısa müddətdə əsas heyətin daimi üzvlərindən birinə çevriləcəyi gözlənilir. Azarkeşlər isə ulduz futbolçunu meydanda izləmək üçün səbirsizliklə gözləyir.