Luis Enrike qəzaya düşüb!
“Paris Sen-Jermen” klubunun ispan baş məşqçisi Luis Enrike velosiped qəzası keçirib.
Sportliqa.az xəbər verir ki, Nəticədə mütəxəssisin körpücük sümüyü sınıb.
Klubun rəsmi məlumatında bildirilib:
“Velosiped qəzasından sonra “PSJ”-nin baş məşqçisi Luis Enrike təcili yardıma yerləşdirilib. Körpücük sümüyündəki sınıq səbəbindən əməliyyat olunacaq. Klub olaraq ona tam dəstək veririk və tezliklə sağalmasını arzulayırıq. Əlavə məlumat yaxın günlərdə paylaşılacaq”.
Qeyd edək ki, “PSJ” Luis Enrikenin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olub.