Montella Türkiyə millisində ən yaxşı göstəriciyə sahib oldu
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella yığmada nəticələri ilə diqqət çəkir.
Sportliqa.az xəbər verir ki, 51 yaşlı mütəxəssis rəsmi oyunlarda son 15 ildə komandaya rəhbərlik etmiş 7 məşqçi arasında ən yüksək xal göstəricisini əldə edib.
Avropa çempionatının seçmə mərhələsi, final mərhələsi, Millətlər Liqası və dünya çempionatının seçmə oyunlarında 17 qarşılaşmaya çıxan Montella 11 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 2,11 xal orta göstəricisi toplayıb. Bu nəticə ilə o, sələfi Stefan Kuntzu (2,06) geridə qoyub. Montella həmçinin Fatih Terim (1,79) və Şenol Güneşi (1,60) də arxada buraxıb.
TFF prezidenti İbrahim Hacıosmanoğlu Gürcüstanla oyundan sonra verdiyi açıqlamada Montellanın yaxın vaxtlarda Türkiyə vətəndaşlığı ala biləcəyini bildirib. Baş məşqçi də daha əvvəl bu məsələyə müsbət yanaşdığını və türk dilini öyrənməyə çalışdığını qeyd edib.