Okan Burukdan Kerem Aktürkoğlu açıqlaması
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk NOW kanalında canlı yayımda çıxış edib.
Sportliqa.az xəbər verir ki, təcrübəli mütəxəssis Kerem Aktürkoğlunun "Benfika"dan "Fənərbaxça"ya keçidi və sosial şəbəkələrdə "Qalatasaray"la bağlı paylaşımlarını silməsi barədə danışıb.
Burukun sözlərinə görə, bu, tamamilə futbolçunun şəxsi qərarı olub:
"Onun seçimi, transfer də, şəkilləri silməsi də öz qərarıdır. Çox danışmağa ehtiyac görmürəm. Fənərbaxçada oynamağı və Qalatasaray fotolarını silməyi seçib. Bizim başqa cür düşüncəmiz, istəyimiz olsaydı, fərqli ola bilərdi. Amma Fənərbaxça ilə danışığı oldu və Kerem belə qərar verdi. Heç vaxt belə bir düşüncəmiz olmayıb", – deyə Okan Buruk bildirib.