Onana “Trabzonspor”da daha yüksək maaş qazanacaq
"Mançester Yunayted"in qapıçısı Andre Onana "Trabzonspor"a icarəyə verilir. Fabrizio Romanonun məlumatına görə, kamerunlu qolkiper Türkiyə klubunda daha yüksək maaş alacaq.
Sportliqa.az xəbər verir ki, 29 yaşlı oyunçunun transferinin bu həftə rəsmi şəkildə açıqlanacağı gözlənilir. Onana həm transfer haqqı, həm də imza pulu əldə edəcək, "Trabzonspor" isə onun maaş öhdəliyini tam qarşılayacaq.
"Mançester Yunayted"də Senne Lammensin heyətə qoşulmasından sonra qapıçı mövqeyində ayrılıq ehtimalı artıb. Onana bu mövsüm yalnız bir oyunda meydana çıxıb.
Həmin qarşılaşmada komanda "Carabao Cup"da "Grimsby Town"a penaltilər seriyasında məğlub olub.