İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Asier İllaramendinin yeni klubu bəlli olub.
Sportliqa.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Honq Konqun "Kitçi" klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İllaramendi ilə bir illik müqavilə imzalanıb. O, bu ilin yanvarında ABŞ-ın "Dallas" klubundan ayrılmışdı.
Qeyd edək ki, İllaramendi "Real Sosyedad"da da çıxış edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az