“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İspaniya təmsilçisi “Atletik” klubu yeni transfer edib.
Sportliqa.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao klubu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Emerik Laportla anlaşıb.
Müdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.
Laport 2011-ci ildən 2018-ci ilə kimi “Atletik”də çıxış edib. O, “Əl-Nəsr”də meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də keçiriləcək.