Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesablı məğlubiyyətə üzülüb.
İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə azərbaycanlı futbolçu vurub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.