“Səbail” yarımmüdafiəçi David Qomislə qüvvədə olan müqavilənin müddətini artırıb.
Sportliqa.az xəbər verir ki, yeni anlaşmaya əsasən, 30 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna qədər "dənizçilər"in uğurları üçün çalışacaq.
Ötən mövsümün ikinci yarısından “Səbail”də çıxış edən David Qomis komandanın heyətində ümumilikdə Premyer Liqada 25 qarşılaşmada (1919 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az