Misli Premyer Liqasının lideri “Neftçi” keçirdiyi 10 qarşılaşmada 25 qol vurub.
Sportliqa.az PFL-in saytına istinadən xəbər verir ki, bu məhsuldarlıq “ağ-qaralar” üçün 21-ci əsrin rekordudur. Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/01 mövsümünün müvafiq dövründə 28 qol vurub. Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan “Neftçi” bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.
Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də “Neftçi”yə məxsusdur. Bakı təmsilçisi 1996/97 mövsümünün startında 10 oyunda 42 qola sevinib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az