
“Monako” klubu baş məşqçi Adi Hütteri ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, avstriyalı mütəxəssis 2023-cü ilin yayından komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Monako” bütün turnirlərdə 93 oyuna çıxıb. Bunlardan 49 qələbə, 18 heç-heçə və 26 məğlubiyyət qeydə alınıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.