
Fransa milli komandasının heyətində dəyişiklik edilib.
Sportliqa.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konate zədələndiyi üçün yığmadan kənarlaşdırılıb. O, dünən Azərbaycana qarşı DÇ-2026-nın seçmə oyununda (3:0) sonadək ehtiyatda qalıb.
Onun yerinə milliyə “Marsel”in futbolçusu Benjamin Pavar çağırılıb.
Daha əvvəl millinin kapitanı Kilian Mbappe Azərbaycanla oyunda zədələndiyindən heyətdən xaric olunmuşdu.
Qeyd edək ki, Fransa oktyabrın 13-də səfərdə İslandiya ilə qarşılaşacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.