Renat Dadaşov oynamadı, komandası uduzdu
Futbol üzrə Polşa çempionatından 12-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geydiyi “Motor” öz meydanında “GKS Katovitse”ni qəbul edib.
Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, görüşü əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
Matç həmyerlimizin komandasının 2:5 hesablı məğlubiyyəti ilə başa çatıb. “Motor” 45+1-ci dəqiqədə, hesab 2:2 olarkən meydanda 10 nəfərlə qalıb.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 11 xalda qalan Dadaşovun komandası 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.