“Neftçi”nin zədəli futbolçusu Andre Şinyaşiki gələn həftə komanda ilə məşqlərə qoşulacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib.
O, 26 yaşlı hücumçunun hazırda müalicə və fərdi hərəkətlərlə kifayətləndiyini söyləyib.
Braziliyalı oyunçu “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın 7-ci tur oyununda əzələsindən zədə alıb. “Neftçi” bu gün 8-ci tur matçında “Turan Tovuz”un qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az