Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası Çempionlar Liqasında növbəti matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyada “Radniçki”nin qonağı olub.
Təmsilçimiz ilk matçda olduğu kimi cavab qarşılaşmasında da rəqibinə 0:3 hesabı ilə uduzub.
Mərhələni keçə bilməyən “Azərreyl” CEV Kubokunun 1/32 final mərhələsində çıxış edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.