"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq ağır qrafikdən şikayətlənib.
Sportliqa.az xəbər verir ki, niderlandlı mütəxəssis bu səbəbdən futbolçuların tez-tez zədələndiyini bildirib:
"Ötən mövsümün ortasında dünya çempionatı keçirildi. Federasiya kuboku, Liqa kuboku və Millətlər Liqasında uzun marafon var. Hər keçən mövsüm qrafik sıxlaşır, oyunlar çoxalır. Futbolçuların üzərinə həddən artıq çox yük düşür. Bu barədə digər həmkarlarım da fikir bildiriblər, amma dəyişən nəsə yoxdur. Futbolçular əlavə yüklənmədən qurtula bilmirlər. Bir çox komandalarda bunu görürsüz və zədələrin tez-tez olması sübutdur".