"Neftçi" Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Sportliqa.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistrlərin suallarını cavablandırıb:
- Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. "Araz-Naxçıvan"a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq.
- Müdafiədə də problem görünür. Bunu aradan qaldırmaq üçün hansı addımlar atacaqsız?
- Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.
- Yuri Matiasın yoxluğunda müdafiənin performansını necə dəyərləndirirsiz?
- Vacib olan məqam o idi ki, Matiası layiqincə əvəz edən oyunçu olsun. Höccət çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəm. "Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədir.
- Höccət Haqverdinin doğma mövqeyi hansıdır?
- Baxır qarşısına qoyduğun nəticəyə. Hücumda yaxşı deyil. Müdafiə keyfiyyətləri çox yaxşıdır.
- İlk dəfə Tovuza gəldiniz. Atmosfer necə idi?
- Çox möhtəşəm idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bu görüş haqda fikirləriniz necədir?
- Əlbəttə böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır.