"Sabah" Azərbaycan Premyer Liqasının 8-ci turunda dsəfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun oldu, çətin meydança idi. Yəqin ki, heç-heçə ədalətli nəticədir. Son oyunlarda buraxdığımız səhvlərdən sonra qalib gəlmək çətindir. Qələbə qazanmağı çox istəyirdik. Neçə oyundur ki, standar vəziyyətlərdən qollar buraxırıq. Çox şərh vermək istəmirəm. Təəssüf ki, belə alındı.
- Ceyhun Nuriyev və Nicat Mehbalıyev əvəzedici heyətə göndərilib. Məlumatımıza görə, siz yox, rəhbərlik onları göndərib. Futbolçular oynamaq istəyirlər rəhbərlik isə əvəzedici heyətə göndərir. Bu haqda nə deyə bilərsiz? İldar Ələbkərovu da görmədik....
- Heyətə 23 futbolçunun adını qeyd etmək olur. 24-25 oyunçu daxil edə bilmərik siyahıya. Ceyhun və Nicata gəlincə, mənim icazəmlə olan məsələdir. Siz klubun rəhbərisiz, uşaqları yetişdirirsiz, avrokuboklarda oynayırlar, milliyə düşürlər. Ona deyirsiz ki, müqaviləni artır və "Turan Tovuz"a icarəyə get. Müqaviləni uzatmırlar. Amma sən onun yetişməsində nə qədər iş görmüsən. "Turan Tovuz" onu gözləyirdi. Get oyna, daha sonra gəl əsas heyət uğrunda mübarizə apar. Nicatla da eyni vəziyyət idi, o da dedi ki, müqaviləni artırmaq istəmirəm. Bir mənada da futbolçular kluba hörmət etməlidir.
- Sabah eyni vəziyyət özünüzlə bağlı yaransa, necə olacaq? Məsələn, "Mançester Yunayted" sizi istəsə, necə yanaşacaqsız?
- Müsbət.
- "Qara zolaq"dan çıxmaq üçün nə çatmır?
- Yəqin ki, bir qələbə çatışmır. İki ildə etmədiyimiz səhvləri edirik, qollar buraxırıq. Bu da gücümüzü alır. Uşaqlar məşq edir, məşqlər yaxşı gedir, atmosfer normaldır. Sadəcə çox kobud səhvlərə yol veririk. Futbolçularda da əsəbilik var.
- İshak Belfodil bu gün məhsuldar ötürmə verdi. Qarşıdakı oyunlarda ona daha çox şans verəcəksiz?
- Nə qədər hazır olduğunu bilmək lazımdır. Tam hazır deyil. İlk dəqiqələrdən oynaması üçün şansı azdır. Bizimlə üç həftədir ki, məşq edir. Start heyətində başlaması üçün şansı çox deyil.
- Səbail"in ləğv edilmiş qolu var idi. Sizin reaksiyanız necə oldu?
- Ofsayd var idi. Mənim kiçik televizorum var. Baxdım ki, ofsayddır. Amma VAR-da oturanlar var. Görünürdü ki, forvard qapıya daha yaxın idi. "Kəpəz"lə bağlı sözlərimə əlavə etmək istəyirəm. Mən "Kəpəz" haqda pis söz deməmişəm. Biz niyə oynayırıq? Əksəriyyət klublar avrokuboklar üçün oynayır. 10-cu dəqiqədən vaxt aparsaq, necə olacaq? "Kəpəz" yaxşı komandadır, yaxşı oynayır. Demək istəyirəm ki, gəlin oynayaq. Onsuz da Avropaya çıxanda fərqli olacaq. Amma biz burada 90 dəqiqənin 30 dəqiqəsini oynayırıq. İndidən özümüzü hazırlamalıyıq. "Kəpəz" yaxşı işlər görür. Amma bizimlə oyunda etmək istəmədi. "Kəpəz"in baş məşqçisi yaxşı mütəxəssisdir, komandası yaxşıdır. Amma gəlin futbol oynayaq. Niyə vaxt aparırıq? Futbolçu vaxt aparanda temp olmur. "Kəpəz"ə uğurlar arzu edirəm. Onlar haqda pis söz deməmişəm. Komandama deyim ki, qol vuraq, 90 dəqiqə uzanaq? Deyərəm ki, gəlin ikinci qolu vuraq.
- Bəs siz "Real" və "Barselona" ilə oynasaz, onda belə olmazdı?
- Taktiki hiyləgərlik var. Həkimi çağırmaq olar. Amma bu, 88-ci dəqiqədən sonra olar, 10-cu dəqiqədən yox da. Mən belə etməzdim. "Sevilya"ya qarşı oynamışam. Onlar Avropa Liqasının qalibi olmuşdular. 2:0 udurduq, üçüncünü vurmaq istəyirdik. Vaxt aparmırdıq. Sizə söz verirəm ki, belə edərdim. Mənim üçün futbol emosiyadır. İki məşqçi var, kimsə uduzmaq istəmir, kimsə qalib gəlmək istəyir. "Kəpəz" oynaya bilir, onlar "Qarabağ"a qarşı yaxşı oynamışdı. Mən həmkarlarıma toxunmuram. Heç bir məşqinin xətrinə dəymək istəmirəm.