Türkiyə Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında və danışılmış oyunlarda iştirak edən 1024 futbolçunun adını açıqlayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mərc oyunlarında iştirak edənlərin siyahısında Azərbaycan millisinin üzvü Mert Çelik də var. Azərbaycan millisi, Neftçi” və “Səbail”in sabiq müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. Mert hazırda Türkiyə 1-ci liqası təmsilçisi “Sivasspor”un formasını geyinir.
Məsələyə görə Çelik haqqında cinayət işi açılıb. Onun 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin Mert istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.