"Səbail" Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Sabah"la 2:2 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox maraqlı oyun alındı. Qarşılılqı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq. Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir.
- Murad Musayev ləğv olunan qolunuzla bağlı dedi ki, ofsayd var idi. Siz nə düşünürsüz?
- Mənə telefonda göstərdilər, ofsaydan söhbət gedə bilməzdi. Xətt ötürmədən sonra çəkilmişdi.
- Qomisin sonradan meydana daxil olması nə ilə bağlı idi?
- Qomis 30-35 dəqiqə oynamağa hazır idi. Son matçda zədələnmişdi. İki gün idi ki, məşq edirdi. Ya əvvəldən oynamalı idi, ya da sonradan qoşulmalı idi. Düşündüm ki, sonradan daha efefktiv olacaq.
- Çox məyus olmusuz?
- Uşaqların əziyyətinə heyfim gəlir. Onlar sona qədər vuruşdular.
- Murad Musayev hər oyunda emosionaldır. Amma ona tərəf bir-iki dəfə nələrsə dediz. Sanki ondan sonra çox da emosional olmadı...
- Biz həmkarıq. Heç vaxt bir-birimiz haqda fikir bildirməməliyik. Murad Musayev futbolla yanaşır. Belə insanları sevirəm. Oyunun içindədir. Hakimlərə təzyiq bəzən olur. "Barselona" bu gün hakimlərə təzyiq üzrə məşq keçir. Bu da futbolun bir hissəsidir. Murad Musayevin gedişlərinə hörmət edirəm. Sevinirəm ki, futbolun içində olanlardandır. Mən də balanslaşdırmaq istəyirdim.
- Bu gün Murad Musayevlə yarışa girmişdiz, təzyiq edirdiz...
- Özü də rusca deyirdim.
- Bu gün "Sabah"la heç-heçə oynadız, yoxsa hakim sizi qələbədən etdi?
- Hakimlik bir şey yoxdu. İdeal hakimlik etdi. Sadəcə bir epziod var idi. Ola bilər ki, VAR-ın günahı var. Çox vacib qol idi. Bilirdim ki, "Sabah" irəli gedəcəkdi, biz üçüncünü vurardıq.