“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Vilfred Sinqo zədələnib. O, Superliqanın 13-cü turunda “Gənclərbirliyi” ilə matçda (3:2) xəsarət alıb.
Sinqo 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, müdafiəçi Superliqanın növbəti turunda “Fənərbağça” ilə səfər matçını buraxacaq.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" matçı dekabrın 1-də Superliqanın 14-cü turunda keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.