“Qarabağ”"ın qapıçısının üç qurtarışı ÇL-də ən yaxşılar sırasındadır
"Qarabağ" klubunun qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.
Sportliqa.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.
Avropa futbol qurumu paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.