Soboslai "Liverpul"un tarixinə düşdü
Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai İngiltərə Premyer Liqasının 30-cu turunun "Tottenhem"lə matçında (1:1) cərimə zərbəsindən qol vurub.
Sportliqa.az xəbər verir ki, macarıstanlı futbolçu bu qol sayəsində Mersisayd klubunun tarixinə düşüb.
Bu, Soboslai üçün cari Premyer Liqa mövsümündə cərimə zərbəsindən vurduğu dördüncü qoldur. Beləliklə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi çempionatın bir mövsümündə birbaşa cərimə zərbələrindən vurulan qolların sayına görə “Liverpul”un yeni rekordunu müəyyənləşdirib.
Bundan əlavə, Soboslai bütün Premyer Liqa tarixində ən yaxşı göstəricini təkrarlamağa da yaxınlaşıb. Rekord David Bekhemə məxsusdur. O, 2000/2001 mövsümündə cərimə zərbələrindən 5 qol vurub. Eyni nəticəni 2001/2002 mövsümündə Loren Robert də təkrarlayıb.
Qeyd edək ki, Soboslai cari mövsümdə “Liverpul”un heyətində bütün turnirlərdə 41 oyun keçirib. Onun hesabında 11 qol və 8 məhsuldar ötürmə var.