Təcrübəli futbolçudan rekord
Son Hın Min Cənubi Koreya millisinin tarixində ən çox qol vuran futbolçu olub.
Sportliqa.az xəbər verir ki, 6 oktyabrda Özbəkistanla keçirilən yoldaşlıq oyununda Cənubi Koreya 2:0 hesabı ilə qalib gəlib. Görüşün 6-cı dəqiqəsində fərqlənən Son Hın Min milli komandada 59-cu qolunu vurub.
Bununla da, 34 yaşlı hücumçu Çha Bom Qunun rekordunu yeniləyib. Çha Bom Qun 1980-ci illərdə Cənubi Koreya millisində 58 qol vurub.