"Çelsi" baş məşqçisi ilə vidalaşdı
"Çelsi" baş məşqçisi Liam Rosenior ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Rosenior London klubunun tarixində müvəqqəti məşqçilər istisna olmaqla ən qısamüddətli çalışan baş məşqçi kimi rekorda imza atıb. O, bu göstəricidə 2012-ci ildə 118 gün vəzifəsində qalan Roberto Di Matteonu geridə qoyub.
Məlumata görə, yanvarda "Strasburq"dan gələn və 2032-ci ilə qədər müqavilə imzalayan mütəxəssisin gedişinə Premyer Liqadakı son 5 oyunda qeydə alınan ardıcıl məğlubiyyətlər səbəb olub.