“Sabah” ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
Sportliqa.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda “Abşeron Lions”u üstələyən “bayquşlar” 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.
Bakı İdman Sarayında baş tutan görüş “Sabah”ın 108:95 hesablı qələbəsi ilə bitib.
Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi – 98:93, 112:84.
Reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan komanda Azərbaycan Basketbol Liqasının qalibi olur.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az