Azərbaycan komandası Dünya Seriyasının 1/4 finalında
Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının Manila mərhələsi keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycanı yarışda təmsil edən "Neftçi Socar" klubu uğurlu çıxış edib.
Paytaxt komandası qrup birincisi olaraq 1/4 finala vəsiqə qazanıb.
"Neftçi Socar" 1/4 finalda Monqolustan millisi ilə qarşılaşacaq. Oyun sabah Bakı vaxtı ilə saat 12:15-də baş tutacaq.