“Sauthempton”un futbolçusu Co Aribo klubla yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, futbolçunun başa çatan müqaviləsi yenilənməyib və o, qarşıdan gələn transfer pəncərəsi ərəfəsində azad agent statusu qazanıb.
Bununla da nigeriyalı yarımmüdafiəçinin “Sent-Meris”dəki dördillik karyerası yekunlaşıb.
Qeyd edək ki, Aribo Premyer Liqada 95 oyuna çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az