Azərbaycanın 3 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Açıq Turnirinin ilk günündə medal qazanıb.
Sportliqa.az xəbər verir ki, Elşən Əsədov (66 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medal qazanıb.
Kamran Süleymanov (73 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az