Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
Şirvan şəhərini təmsil edən iki klub birləşdirilib.
Sportliqa.az xəbər verir ki, "Şirvan" FK və "Şirvan" OİK rəhbərliklərinin qarşılıqlı razılığı əsasında vahid klub şəklində fəaliyyətlərini davam etdirmək qərarı qəbul edilib.
Bu barədə klubun mətbuat xidməti informasiya yayıb.
Bəyanatda bildirilib ki, bu qərar hər iki klubun tarixini, ənənələrini və qazandığı dəyərləri qorumaqla yanaşı, Şirvan şəhərində futbolun daha güclü təmsil olunması, mövcud potensialın bir mərkəzdə birləşdirilməsi, infrastrukturun inkişafı, gənc futbolçuların yetişdirilməsi və qarşıya qoyulan idman hədəflərinə daha effektiv şəkildə çatmaq məqsədi daşıyır.
Həmçinin vurğulanıb ki, bu birləşmə heç bir klubun tarixinin sona çatması deyil. Əksinə, bu, iki dəyərli yolun ortaq məqsəd naminə birləşərək daha güclü gələcək qurması deməkdir.
Qeyd edək ki, “Şirvan” FK 2025/2026-cı illər mövsümündə 2-ci liqanı 4-cü pillədə başa vurub. “Şirvan” OİK isə ötən mövsüm AFFA Regon Liqasında mübarizə aparıb.