Qadın basketbolçulardan ibarət U-20 Azərbaycan seçməsi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda Rumıniya yığmasına qalib gəlib.
Bu barədə Sportliqa.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Komandamız 9-14-cü yerlər uğrunda ilk oyun rəqibini 64:50 hesabı ilə üstələyib.
Yığmamızın sabah son matçında isveçrəli həmkarlarını məğlub etsə, qitə birinciliyini 10-cu yerdə başa vuracaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az