Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal üzrə milli komandasının dünya çempionatının əsas mərhələsində Çexiyaya qarşı oyun üçün heyəti bəlli olub.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Yığma komandaya 14 oyunçu dəvət alıb.
Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək.