“Qarabağ” klubu “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib.
Sportliqa.az xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib:
“Sabah” FK-nı Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edir, qarşıdakı oyunlarında uğurlar arzulayırıq”.
Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda “Slaviya”ya (Praqa) 2:0 hesabı ilə qalib gəlib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az