Azərbaycan millisi Avropa çempionatında üçüncü yeri tutdu
Azərbaycanın 17 yaşadək oğlan boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilmiş Avropa çempionatında üçüncü yeri tutub.
Bu barədə Sportliqa.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Yığma buna 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla nail olub.
Azərbaycan millisi oğlan və qızların ümumi komanda hesabında isə dördüncü yerdə qərarlaşıb.
Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələnib. Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.